Lex Valensa: Ukraynada çevriliş etməyə qadir lider yoxdur

Lex Valensa: Ukraynada çevriliş etməyə qadir lider yoxdur
  19 Dekabr 2013    Oxunub:3710
“Ukraynada inqilab olmayacaq. Hər şey müvəffəqiyyətsizliklə nəticələnə bilər. Ukrayna hakimiyyəti qeyri-demokratik yolla devrilə bilməz”. AzVision.az Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Ukraynadakı vəziyyətlə bağlı belə bir fikri Polşanın sabiq prezidenti (1990-1995-ci illər) Lex Valensa “Rzeczpospolita” qəzetinə müsahibəsində səsləndirib.

Ötən əsrin 80-ci illərində etiraz hərəkatlarının lideri olmuş L.Valensa deyib ki, “Mən Ukraynada başçı görmürəm. Bir dənə də olsun böyük ictimai hərəkat, vahid partiya və təşkilat görmürəm”. O qeyd edib ki, Ukraynanın demokratik yolla seçilən Baş naziri və Prezidenti var. Mitinqdə iştirak edənlər isə demokratik prinsipləri poza bilmirlər, çünki sonradan həmin prinsipləri onlara da qarşı çıxış edərək pozacaqlar.
“Ukrayna hakimiyyəti qeyri-demokratik yolla devirə bilməz, çünki hətta qüsurlu da olsa, hər halda demokratiya bu xalqın nailiyyətidir”. Onun fikrincə, hazırda Ukraynada xaos hökm sürür. L.Valensa V.Kliçkonun liderlik şansını qiymətləndirərək bildirib ki, “Kliçko küçədə hakimiyyətə gəlsə, çox tez də onu itirəcək. Küçə onu yüksəldəcək, elə küçə də onu hakimiyyətdən məhrum edəcək. Ukraynada çox böyük xaos hökm sürür”. Onun sözlərinə görə, Ukraynanı rinqdəki kimi idarə etmək olmaz. “Mənim Ukrayna xalqına və Kliçkoya rəğbətim var, qəlbən onlarlayam, lakin bu xalq hakimiyyətdə və siyasətdə dəyişikliklərə hazır olmalıdır. Kliçkonun idarə etməyə hazır olduğunu görmürəm. Qoy “dəyirmi masa” iclasları keçirilsin, çünki dialoq və müdrik liderlər olmalıdır. Ukraynanı zor gücünə dəyişdirmək olmaz” deyə siyasəyçi qeyd edib.


Teqlər:  





Xəbər lenti