Tbilisidə XİN rəhbərlərinin görüşü keçirilir

  23 Dekabr 2019    Oxunub : 1617
Tbilisidə XİN rəhbərlərinin görüşü keçirilir
Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında üçtərəfli görüş keçirilir.
Azvision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, görüşdə nazirlər müxtəlif sahələrdə üçtərəfli əməkdaşlığın aktual gündəliyini müzakirə edəcək, nəqliyyat, enerji məsələlərində Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığa xüsusi diqqət yetirəcəklər.

Bundan əlavə, nazirlər ikitərəfli formatda da bir araya gələcəklər. Danışıqların sonunda mediaya açıqlama veriləcək.

Xatırladaq ki, 2012-ci ildən bəri Azərbaycan, Türkiyə və Gürcüstanın Xarici İşlər nazirləri səviyyəsində üçtərəfli formatda görüşlər keçirilir. Bu, sayca səkkizinci görüşdür.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: XİN   Tbilisi