Tramp Rusiyaya səfər edə bilər

Tramp Rusiyaya səfər edə bilər
  23 Dekabr 2019    Oxunub:1997
ABŞ Prezidenti Donald Tramp Rusiyada Böyük Qələbənin 75-ci ildönümü münasibətilə keçiriləcək təntənəli tədbirlərdə iştirak edə bilər.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Federasiya Şurasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Tramp, digər liderlər, o cümlədən anti-Hitler koalisiyası və digər ölkələr Prezident Vladimir Putinlə birlikdə Moskvadakı Qırmızı Meydanda Böyük Qələbənin ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştiraka dəvət alıblar.

"Prezident Tramp iş qrafiki imkan verərsə, tədbirlərdə iştirak etmək istəyini təsdiqləyib”, - deyə Lavrov əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti