Budapeştdə Qara Qarayev 95 - FOTO

Budapeştdə Qara Qarayev 95 - FOTO
  19 Dekabr 2013    Oxunub:1345
Budapeştdə dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin 95 illik yubileyi qeyd edildi.
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə zəmanəmizin böyük bəstəkarı, müasir Azərbaycan musiqi məktəbinin yaradıcılarından biri Qara Qarayevin anadan olmasının 95 illik yubileyi Budapeştdə qeyd olunub.

Bu münasibətlə Macarıstan paytaxtının mərkəzindəki “Duna Palota” sarayında “Dunay” simfonik orkestrinin ifasında Qara Qarayevin əsərlərindən ibarət “Memory” adlı konsert proqramı təşkil edilib.

Konsertin əvvəlində çıxış edən macar musiqişünası Tamaş Varhegi Azərbaycan və dünya musiqi sənətində Qara Qarayevin yerindən və rolundan, onun zamanı qabaqlayan simfonik musiqisinin xüsusiyyətlərindən, XX əsr musiqi sənətinə gətirdiyi yeniliklərdən bəhs edib.



Macar dirijoru Andraş Deakın rəhbərliyi altında “Dunay” simfonik orkestri bəstəkarın “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən parçalar ifa edib. İki hissədən ibarət konsertdə, həmçinin macar bəstəkarı İştvan Boqaşın və dahi alman bəstəkarı Lüdviq Van Bethovenin əsərləri səslənib.

Böyük uğurla keçən konsertdə Budapeşt musiqi ictimaiyyətinin nümayəndələri və diplomatik korpusun təmsilçiləri də iştirak edib.


Teqlər:  





Xəbər lenti