Ərdoğandan ilk açıqlama - VİDEO

Ərdoğandan ilk açıqlama - VİDEO
  19 Dekabr 2013    Oxunub:1092
Atamızın oğlu olsa belə cəzalarına çatmalıdırlar.

AzVision.az Haberler.com-a istinadən xəbər verir ki, Türkiyə baş Naziri Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orbanla saziş imzalamasından sonra jurnalistlərin sualların cavablandırarkən, Türkiyədə baş verən son qalmaqallı həbslər haqqında açıqlama verib.

Xatırladaq ki, dünən İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər həbs edilib.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var.

Məlumata əsasən, həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.




Teqlər:  





Xəbər lenti