Braziliya Prezidenti hamamda yıxıldı, xəstəxanalıq oldu

Braziliya Prezidenti hamamda yıxıldı, xəstəxanalıq oldu
  24 Dekabr 2019    Oxunub:1940
İqamətgahında yıxılaraq xəsarət alan Braziliya Prezidenti Jair Bolsonaru xəstəxanaya aparılıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Prezident Alvorada Sarayının hamam otağında yıxılıb.

Məlumata görə, o, hadisədən sonra həkimlər tərəfindən müayinə olunub və xəstəxanaya aparılmasına qərar verilib. Kompüter tomoqrafiyası zamanı kəllə-beyində hər hansı dəyişiklik aşkar edilməyib, ancaq Bolsonaru 12 saatadək həkimlərin nəzarəti altında qalacaq.

Bolsonarunu müşayiət edən təhlükəsizlik naziri Avqust Helen "hər şey yaxşıdır, ancaq Prezident gecəni xəstəxanada keçirməlidir", - deyə bildirib.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Braziliya   Prezident   Xəstəxana  





Xəbər lenti