Mer Yeni il şənliyində qətlə yetirilib

 Mer Yeni il şənliyində qətlə yetirilib
  24 Dekabr 2019    Oxunub:3945
Meksikanın Oaxaka ştatının Xalapa şəhər meri Arturo Velasqes qətlə yetirilib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, hadisə Yeni il şənliyində baş verib. Belə ki, naməlum şəxslər şənliyin keçirildiyi binaya daxil olaraq insanlara odlu silahdan atəş açıblar.

İnsident nəticəsində şəhər meri güllə yarasından həyatını itirib. Cinayəti törədən şəxslər hadisə yerindən qaçıblar. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Meksika   Mer   Qətl  





Xəbər lenti