Sarkisyanın qardaşı oğlu həbs edilib

Sarkisyanın qardaşı oğlu həbs edilib
  24 Dekabr 2019    Oxunub:2188
İrəvan məhkəməsi keçmiş prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyana qarşı həbs qətimkan tədbiri seçilməsi barədə vəsatəti təmin edib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Çexiyadan Ermənistana ekstradisiya olunan Narek Sarkisyan hazırda təcridxanada saxlanılır.

Xatırladaq ki, N.Sarkisyan şənbə günü polisin müşayiəti ilə Çexiyadan Ermənistana gətirilib. O, silah-sursat, partlayıcı maddə və narkotik maddə saxlamaqda şübhəli bilinərək axtarışa verilmişdi. 2018-ci ilin dekabrında İnterpol onu saxta pasportla gizləndiyi Praqada saxlayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti