“Qarabağ”ın rəqibləri müəyyənləşib

Futbolçular yanvarın 12-si Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək. Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında komanda 4 yoxlama oyunu keçirəcək.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, yanvarın 22-si Qazaxıstanın "Jetisu", yanvarın 25-i Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.
Yanvarın 26-sı isə komanda Bakıya dönərək fevralın 2-si baş tutacaq “Səbail"lə matçın hazırlıqlarını burada davam etdirəcək.
Azvision.az
Teqlər: Qarabağ