Metroda yaranan problemin səbəbi açıqlandı

Metroda yaranan problemin səbəbi açıqlandı
  19 Dekabr 2013    Oxunub:972
Bakı Metropoliteni qatarların hərəkətində yaranmış problemin aradan qaldırılması istiqamətində iş aparır.
Bu barədə Trend-ə Metropolitendən bildirilib.

Metropolitendən qeyd edilib ki, Surətin Avtomatik Tənzimləmə Sisteminin proqram təminatında yaranan problemlər qatarların hərəkətində ciddi fasilələr yaradıb.

Qeyd edək ki, bu gün səhər saat 8:00 radələrində metroda qatarların hərəkətində ləngimələr olub. Həm "Dərnəgül", həm də "Həzi Aslanov" istiqamətində qatarlar təxminən 20-30 dəqiqəlik gecikmə ilə gəlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti