Ermənistanda jurnalistlərə hücum edilib

Ermənistanda jurnalistlərə hücum edilib
  25 Dekabr 2019    Oxunub:2436
Ermənistanda “Kentron” televiziya kanalının əməkdaşları hücuma məruz qalıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə çəkiliş zamanı baş verib.

Belə ki, “Kentron” televiziyasının jurnalisti və operatoru peşə vəzifələrini yerinə yetirmək üçün Ovtaşat kəndindəki balıq fermalarından birinə gəliblər. Balıq yetişdirmə təsərrüfatının ərazisinə daxil olanda bir nəfər onlara yaxınlaşıb və çəkilişə mane olmağa başlayıb. Bir müddət sonra digər şəxslər də hücuma keçiblər. Hadisə zamanı kamera zədələnib.

İnsidentlə bağlı polisə müraciət edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Jurnalist  





Xəbər lenti