“LUKOİL” iki layihə üzrə Azərbaycanla danışıqlar aparır

 “LUKOİL” iki layihə üzrə Azərbaycanla danışıqlar aparır
  25 Dekabr 2019    Oxunub:2214
Rusiyanın LUKOIL neft şirkəti 2020-ci ilin birinci rübündə Azərbaycanla yeni layihələrin həyata keçirilməsi üzrə danışıqları başa çatdırmağı planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov "Kommersant" qəzetinə müsahibəsində bildirib.

"Azərbaycanla hazırda 2020-ci ilin birinci rübündə başa çatdırmağı ümid etdiyimiz danışıqlar prosesindəyik. Bizi iki layihə maraqlandırır, amma hələ imzalanmadığı üçün onların adını çəkməyəcəyəm. LUKOIL-in ilk xarici layihələrini Qazaxıstanda və Azərbaycanda həyata keçirdiyini nəzərə alaraq, şirkətin bu ərazilərlə yaxından tanış olduğunu deyə bilərik", - deyə V.Ələkbərov vurğulayıb.

Qeyd edək ki, daha əvvəl LUKOIL rəhbəri şirkətin Xəzərin Azərbaycan sektorundakı Abşeron layihəsində 20% əldə etmək istədiyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti