Bağça rəhbərlərinə töhmət verildi

Bağça rəhbərlərinə töhmət verildi
  19 Dekabr 2013    Oxunub:918
İsmayıllı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.
Komitədən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən İsmayıllı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.

Araşdırma İsmayıllı şəhər 1 və 3 saylı körpələr evi-uşaq bağçalarında aparılıb. Dövlət nəzarəti tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, bağçalarda ərzaq və kənd təsərrüfatı məhsullarının saxlanılması üçün müvafiq anbarlar mövcud deyil, məhsullar saxlanılması qadağan olunmuş yerlərdə mal qonşuluğu və temperatur rejiminə riayət olunmadan saxlanılır. Bundan başqa bağçalarda 10 günlük və 2 həftəlik menyu tərtib olunmalı olduğu halda gündəlik menyu tərtib olunur, o cümlədən tibb işçisi xüsusi jurnalda yeməyin keyfiyyəti, yeməklərin hazırlanma səviyyəsi haqqında qeydlər aparmadan və müayinə üçün nümunələr götürmədən uşaqlara paylanılmasına icazə verir. Həmçinin araşdırmalar zamanı xammaların gigiyenik və uyğunluq sertifikatları olmadığı aşkar edilib.

Bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərlərinə iradnamə verilib.


Teqlər:  





Xəbər lenti