Gəncədə bir qrup abonent qazsız qaldı

  25 Dekabr 2019    Oxunub : 1393
Gəncədə bir qrup abonent qazsız qaldı
Gəncə şəhərində bir qrup abonentin təbii qaz təchizatı dayandırılıb.
Bu barədə Azvision.az -a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə Müseyib Bağırov küçəsinin kəsişməsində təmir işləri aparan şirkətin texnikası ilə 110 millimetr diametrində olan yeraltı polietilen qaz xətti zədələnib və yararsız hala düşüb. Buna gərə də xeyli abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Qəzanın fəsadları aradan qaldırılır və bərpa işləri yaxın saatlarda tamamlanacaq.



Azvision.az

Teqlər: Azəriqaz