Nazir müavini: “ASAN layiqli yerini tutdu”

Nazir müavini: “ASAN layiqli yerini tutdu”
  19 Dekabr 2013    Oxunub:1019
“Bir müddət əvvəl cəmiyyətdə könüllülük xidməti haqqında təsəvvür yox idi”.
AzVision.az-ın verdiyi məlumata grörə, bu sözləri bu gün Bakı Biznes Mərkəzində keçirilən “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin 1-ci Qurultayında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Nazir müavini vurğulayıb ki, bu təşkilat qısa zamanda cəmiyyətdə layiqli yerini tutub: "Bir müddət əvvəl cəmiyyətdə könüllülük xidməti haqqında təsəvvür yox idi. Lakin son zamanlar keçirilən tədbirlər nəticəsində könüllülərin sayı artdı".

Nazir müavini onu da qeyd edib ki, Azərbaycanda mötəbər tədbirlər keçiriləcək: “Bunlardan biri də Avropa Olimpiya oyunlarıdır. Ona qədər könüllülər peşəkarlığınl artırmalldır ki, onlara veriləcək sualları cavablandırmağa həmişə hazır olsunlar".

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti