Sabiq prezident terrorizmdə ittiham olunur

Sabiq prezident terrorizmdə ittiham olunur
  19 Dekabr 2013    Oxunub:1079
Məhəmməd Mursi “Həmas” və “Hizbullah”la əlbir olmaqda ittiham olunur.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, sabiq Misir prezidenti Məhəmməd Mursi xarici təşkilatlarla əlbir olaraq silsilə terror aksiyaları hazırlamaqda ittiham olunur.

Yeni ittihamlartla bağlı 2014-cü ilin yanvarın 8-də məhkəmə qarşısına çıxarılacaq Mursinin, Fələstinin “Həmas” və Livanın “Hizbullah” təşkilatları ilə işbirliyində olduğu iddia edilir.
Ümumilikdə, faktla bağlı 35 nəfər məhkəmə qarşısında cavab verəcək. Onlar arasında “Müsəlman qardaşları” hərəkatının liderləri də var.

Məhəmməd Mursiyə qarşı irəli sürülmüş ittihamlar hüquq müdafiəçilərinin narahatçılığına səbəb olub. Sabiq prezidentin tərədarları prosesin siyasi motivlər əsasında qurulduğunu iddia edirlər. Əgər Mursinni terrorçuulq fəaliyyəti sübuta yetirilərsə, onu ölüm cəzası gözləyir. Bundan öncə isə o, zorakılığa çağırış maddəsi ilə ittiham olunurdu.

Hazırki hakimiyyət Mursini dövlət sirlərinin xarici dövlətlərə açmaqda və terror təşkilatlarının maliyyələşdirilməsində ittiham edir. İttiham aktında “Müsəlman Qardaşlar” təşkilatının terrorçuluq fəaliyyətində olduğu, “Hizbullah” və “Həmas”la terror aksiyaları planlaşdırdığı qeyd olunur.

Sabiq prezidentin administrasiya rəhbəri olmuş Əssam Həddad isə İslam İnqilabının Mühaizəsi Korpusuna dövlət sirlərini açıqlamaqda ittiham olunur. İlk olaraq Məhəmməd Mursi digər ittihamlara cavab vermək üçün məhkəmə qarşısına çıxarılacaq.

Dekabrın 23-də başlayacaq prosesdə dələduzluq və fırıldaqçılıq maddələri ilə ittiham olunan Mursi, Misir iqtisadiyyatını bərpa etmək üçün həyata keçirilən sosial-iqtisadi layihələrdə yol verdiyi maliyyə yeyintilərinə görə cavab verməli olacaq.

Xatırladaq ki, hərbi çevirilş nəticəsində devrilən Məhəmməd Mursi İsgəndəriyyədəki həbsxanalaradan birində saxlanılır.

Vüqar İsmayılov





Teqlər:  





Xəbər lenti