Prokurorlar Sarkisyana qarşı cinayət işindən imtina edirlər

 Prokurorlar Sarkisyana qarşı cinayət işindən imtina edirlər
  26 Dekabr 2019    Oxunub:2464
Prokurorlar gələcəkdə məsuliyyətə cəlb olunmaq qorxusuna görə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın və ölkənin keçmiş baş prokuroru Qevork Kostanyanın cinayət işlərini aparmaqdan imtina edirlər.
Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazır. Nəşrin məlumatına görə, prokuror Akob Tadevosyan eks-prezidentin işindən imtina edib və dekabrın 20-də işi tamamilə tərk edib.

Baş Prokurorluğun mətbuat katibi Arevik Xaçatryan onun öz istəyi ilə işdən çıxarılma faktını təsdiqləyib.

Baş prokuror Artur Davtyanın baş nazir Nikol Paşinyana keçmiş yüksək vəzifəli məmurlara qarşı cinayət işlərinin tamamlanacağını vəd etməsinə baxmayaraq, onun tabeçiliyində olanlar ya işi aparmaqdan imtina edir, ya da yazılı əmr tələb edirlər.

Məlumata görə, məsələnin mənəvi tərəfi ilə yanaşı, prokurorlar başa düşürlər ki, kifayət qədər qanuni sübut olmayan hər hansı bir iş gələcəkdə özləri üçün problemlərə yol aça bilər. Anlayırlar ki, rəhbərlik məsuliyyətdən yayınıb günahı onların üzərinə qoya bilər.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 1 milyon dollardan çox mənimsəmə və oğurluqda, keçmiş baş prokuror isə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti