`Könüllülər olimpiadaya hazırlığa cəlb olunsun` - Təklif

`Könüllülər olimpiadaya hazırlığa cəlb olunsun` - Təklif
  19 Dekabr 2013    Oxunub:910
`Ölkəmiz hazırda bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Növbəti belə tədbir ilk dəfə Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarıdır. Bu möhtəşəm tədbirin ilk dəfə olaraq ölkəmizdə keçirilməsi Azərbaycana dünya səviyyəsində verilən qiymətdir`.
Bu sözləri ASAN könüllülüləri Gənclər Təşkilatının Bakı Biznes Mərkəzində keçirilən I qurultayında Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib. O bildirib ki, digər beynəlxalq tədbirlər kimi olimpiya oyunları da Azərbaycanda ən yüksək səviyyədə təşkil ediləcəkdir.

“Fürsətdən istifadə edərək qurultayda iştirak edən gənclər və İdman nazirinin müavini İntiqam müəllimdən xahiş etmək istərdim ki, ASAN könüllülərinin də bu prosesə cəlb edilməsi məsələsinə baxsın. ASAN könüllülərinin qazandığı təcrübə imkan verir ki, belə tarixi əhəmiyyətli tədbirdə də könüllü qismində yaxından iştirak etsinlər. İnanıram ki, ASAN könüllüləri öz fəaliyyətləri ilə onlara göstərilən etimadı doğruldacaqlar”,- deyə PA-nın şöbə müdiri bildirib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti