“İstəmirik başqa problemlər olsun” - EKSKLÜZİV

“İstəmirik başqa problemlər olsun” - EKSKLÜZİV
  19 Dekabr 2013    Oxunub:867
“Hər il olduğu kimi, bu il də bayram ərəfəsində satış yarmarkaları təşkil olunacaq. Ötən illərlə müqayisədə bu il təşkil olunacaq yarmarkalarda ərzaq məhsullarının satışa çıxarılmasında kəndlilər üçün heç bir maneə yaradılmayacaq”.

Bunu AzVision.az-a eksklüziv açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazirin sözlərinə, bayramqabağı təşkil olunacaq yarmarkalarda problemlərin olmaması üçün nazirlik tərəfindən ciddi tədbirlər həyata keçiriləcək.

“Bu il yarmarkaların təşkilində heç bir problem olmayacaq. Bununla bağlı olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi ilə əlaqəli işləyirik, Hacıbala müəllimə də müraciət etmişik. Eyni zamanda, orada nəzarətin möhkəmləndirilməsi üçün həm inzibati qaydada, həm də tərəfimizdən tədbirlər görülür. Çalışacağıq ki, bu il fərqli olsun. Rəqabətimizi artıracağıq, girişi asanlaşdıracağıq. Çalışacağıq ki, başqa problemlər olmasın. Tamamilə islahat xarakterli yenilik isə növbəti illərdən olacaq”-deyə nazir bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti