Vahid Ələkbərov varlılar siyahısında 3-cü oldu

 Vahid Ələkbərov varlılar siyahısında 3-cü oldu
  26 Dekabr 2019    Oxunub:2383
"Forbes" jurnalı Rusiyanın ən zəngin adamlarının siyahısını hazırlayıb.
Azvision.az xəbər verir ki, siyahıda üçüncü yeri Rusiyanın ən böyük neft şirkəti olan "Lukoyl"un prezidenti Vahid Ələkbərov tutub. Onun il ərzində sərvəti 5,3 milyard dollar artaraq 23,9 milyard olub.

Birinci yerdə “Nornikelya”nın əsas sahiblərindən biri Vladimir Potani qərarlaşıb. İkinci isə "Novatek" in idarə heyətinin sədri Leonid Mixelsondur.

Rusiyanın ən varlı adamı bir il ərzində 5.9 milyard dollar qazanaraq sərvətini 27 milyard dollara çatdırıb.

İlk beşliyə, həmçinin “Novatek” və “Sibur” direktorlar şurasının üzvü Gennadi Timçenko (il ərzində 4,1 milyard dollar qazanıb və sərvəti 22,7 milyarda çatıb) və “Severstali” Direktorlar Şurasının sədri Aleksey Mordaşov (il ərzinidə 3.8 milyard dollar qazanıb və sərvətini 20.2 milyarda qədər artırıb) də daxildir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Forbes   Vahid-Ələkbərov  





Xəbər lenti