ATƏT DTİHB Azərbaycana 380 müşahidəçi göndərəcək

ATƏT DTİHB Azərbaycana 380 müşahidəçi göndərəcək
  26 Dekabr 2019    Oxunub:3417
Azərbaycan hakimiyyətinin dəvəti əsasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün ölkəmizə 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərəcək.
Azvision.az xəbər verir ki, bu barədə ATƏT DTİHB-in qarşıdan gələn parlament seçkiləri ilə bağlı açıqladığı ehtiyacların qiymətləndirilməsi hesabatında bildirib.

Ehtiyacların qiymətləndirilməsi missiyası dekabrın 19-dan 21-dək Azərbaycanda səfərdə olub və müxtəlif görüşlər keçiriblər.

Xatırladaq ki, ehtiyacların qiymətləndirilməsi missiyasına DTİHB-nin baş seçki müşaviri Aleksey Qromov, seçki müşaviri Radivoje Grujić, ATƏT Parlament Assambleyasının proqram və inzibatçı direktoru Tim Knoblau daxil olub.
Missiyanın məqsədi seçkiqabağı mühiti və seçkilərə hazırlığı qiymətləndirmək olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT   Seçki  





Xəbər lenti