Rusiyada bələdiyyə sədrinə sui-qəsd edilib

 Rusiyada bələdiyyə sədrinə sui-qəsd edilib
  26 Dekabr 2019    Oxunub:3752
Rusiyanın Voronej vilayətinin Ramonsk rayon bələdiyyəsinin sədri Nikolay Frolova sui-qəsd edilib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Bildirilib ki, avtomobildə partlayıcı qurğunun işə düşməsi nəticəsində ağır xəsarətlər alan bələdiyyə sədri xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır, sui-qəsdin kimlər tərəfindən törədildiyi məlum deyil.

Azvision.az



Teqlər: Rusiya   Bələdiyyə   Sədr  





Xəbər lenti