İraq Prezidenti istefa verdi
Deputatlara müraciətində Saleh qeyd edib ki, onun fikrincə, siyasi və parlament fəaliyyəti xalqın ən ali maraqlarına cavab verməlidir. İraq prezidenti son dərəcə çətin siyasi vəziyyətdə, tərəflərin yeni Baş Nazirlə bağlı razılığa gələ bilməməsi şəraitində istefa məktubunu təqdim edib.
Qeyd edək ki, İraqın sayca 8-ci Prezidenti seçilən Barham Ahmed Salih 2018-ci ilin oktyabrından ölkə rəhbəri olub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: İraq