Qatarlar gücləndirilmiş iş rejiminə keçdi

Qatarlar gücləndirilmiş iş rejiminə keçdi
  19 Dekabr 2013    Oxunub:1029
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni illə əlaqədar gucləndirilmiş iş rejiminə keçib.

QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Sərnişin daşımaları Departamentinin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-25 ədəd əlavə vaqon qoşulmasını təmin edir.

Ehtiyac yarandığı təqdirdə (xüsusilə 20-30 dekabr tarixlərində) 38//-37 saylı Bakı-Tbilisi sərnişin qatarına əlavə 10-15 vaqonun qoşulması təmin ediləcək.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün tətbiq olunur.
Sərnişinlər gediş sənədlərini İnternet şəbəkəsi vasitəsilə Online rejimində də əldə edə bilərlər.

Eyni zamanda Bakı-sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərini, plastik kartlardan istifadə etməklə, bilet kassalarında quraşdırılmış Pos-terminallar vasitəsilə nəğdsiz ödəyə bilərlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti