Ermənistanda telekanal sahibi həbs edilib

 Ermənistanda telekanal sahibi həbs edilib
  26 Dekabr 2019    Oxunub:2730
Ermənistanın "Kanal 5" televiziya şirkətinin sahibi Armen Tavadyan həbs edilib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Ovanes Xudoyan bildirib. Onun sözlərinə görə, məhkəmə Tavadyanın həbsinin qanunsuz olmasına dair şikayəti rədd edib.

“Məhkəmə bizim müraciətimizi rədd etdi və müstəntiqin tələbini təmin etdi. Məhkəmə Tavadyanı iki ay müddətinə həbs etmək qərarına gəldi. Biz mütləq bununla bağlı lazımi müraciətlərimizi edəcəyik”, - deyə Xudoyan əlavə edib.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın tərəfdarı olduğu deyilən Varujan Mkrtçyana qarşı cinayət işi açılıb. Tavadyan da eyni cinayət əməlini törətməkdə şübhəli bilinərək həbs edilib. Həmin cinayət işinə görə, onlar saxta şahidlik, yalan rəy təqdim etmək, rüşvət vermək və digər bu kimi əməllərdə ittiham olunurlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Telekanal   Həbs  





Xəbər lenti