Putinin Böyük Mətbuat Konfransından CANLI YAYIM

Putinin Böyük Mətbuat Konfransından CANLI YAYIM
  19 Dekabr 2013    Oxunub:999
Rusiya Federasiyasının prezidenti Vladimir Putin artıq 9-cu dəfədir ki, böyük mətbuat konfransı keçirir. AzVision.az jurnalistlərin ən maraqlı suallarını, prezidentin maraqlı bəyanatlarını fotoları və mətbuat konfransını birbaşa yayımla təqdim edir.
12:38 Rusiyanın birinci kanalı “İskander”lərin Kalininqradda yerləşdirilməsi ilə bağlı sual verir- “gərginlik artır”, “amerikalılar öz avropalı müttəfiqlərinimüdafiə etməyə hazırdırlar”, “ fars vəziyyəti yaranıb”. “Bu kimə lazımdır?”-deyə jurnalist soruşur. Putin bildiri ki, bunula bağlı deməyə heç bir sözü yoxdur. Prezident bildirir ki, vəziyyt onsuz da gərgin idi yeni heç nə yoxdur.

12:25
Əgər Ukrayna Avropa İttifaqının texniki standartlarını qəbul edərsə, bizə ümumiyyətlə heç nə sata bilməz.
12:24
Ukraynaya pul lazımdır və biz 15 milyardı yalnız büdcəyə dəstək kimi təklif edirik.

12:21
Putin, Rsuiyanın Ukraynanı subsidiyalaşdırmaq qərarının səbəbini açıqlayır.”Bu işdə Ukrayna xalqının maraqlarını nəzərə almışıq”.

“ Sizə bir həvəskar idmançı kimi deyirəm, sadəcə bir az əzələləri hərəkətə gətirmək lazımdır, onda hər şey aydın olacaq.”"

Qazın qiymətinin azaldılması barədə: “Bu praqmatik bir qərardır, əsas tərəfdaşımıza təzyiq göstərmək nəyə lazımdır”.

12:16

Putin: Ukrayna çətin vəziyyətdədir. Əgər biz biri-birimizə qardaş xalq deyiriksə, elə qohum kimi də hərəkət etməliyik.

Səbinə Həsənova



Xəbər lenti