Sabah 18 dərəcə şaxta olacaq

Sabah 18 dərəcə şaxta olacaq
  19 Dekabr 2013    Oxunub:1190
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər və gecə bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda dekabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 15-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza əsasən, dekabrın 20-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Teqlər:  





Xəbər lenti