Bakı-Quba-Rusiya yolu gələn ildən ödənişli olacaq

 Bakı-Quba-Rusiya yolu gələn ildən ödənişli olacaq
  27 Dekabr 2019    Oxunub:5774
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolu ödənişli olacaq.

Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib. Onun sözlərinə görə, yolda turniketlər qoyulacaq.
S.Məmmədov, həmçinin vurğulayıb ki, 2020-ci ilin may ayının əvvəllərində yolun 100 kilometr hissəsinin tam ödənişli şəkildə istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolunun tikintisi davam edir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək.

Azvision.az



Teqlər: Yol   Ödəniş  





Xəbər lenti