Liviya rəsmən Türkiyədən hərbi dəstək istəyib

 Liviya rəsmən Türkiyədən hərbi dəstək istəyib
  27 Dekabr 2019    Oxunub:3840
Liviyanın Milli Konsensus Hökuməti rəsmi olaraq Türkiyədən hərbi dəstək istəyib.
Azvision.az xəbər verir ki, bu barədə "Reuters" Liviya nümayəndəsinə istinadən məlumat yayıb.

Rəsmi nümayəndənin sözlərinə görə, Liviyanın beynəlxalq səviyyədə tanınmış hökuməti Ankaradan hava, quru və dəniz üzrə hərbi dəstək göstərməsini xahiş edib.

Bundan əvvəl isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Liviya kömək istəsə, bu ölkəyə hərbi kontingent göndərilə bilər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Liviya  





Xəbər lenti