Avropa Birliyi Rusiyanı tənqid etdi

Avropa Birliyi Rusiyanı tənqid etdi
  19 Dekabr 2013    Oxunub:1018
Homoseksuallığın təbliğatını qadağan edən qanun Avropa Birliyinin Rusiya ilə viza rejimini ləğv etməsi üçün əsas maneədir.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Avropa Komissiyasının AB-Rusiya arasında viza rejiminin ləğv olunması yolunda atılan birgə səylərlə bağlı hesabatında Rusiya tənqid olunub.

Rəsmi Moskva korrupsiyaya, ksenofobiya və diskriminasiyaya qarşı kifayət qədər effektiv mübarizə aparmamaqda günahlandırılır.

Sənəddə Rusiyanın sərhəd məntəqələri və miqrasiya qanunları ilə yanaşı, daxili siyasətə aid qeydləri də yer alıb. Xüsusən, QHT və cinsi azlıqlarla bağlı qəbul edilən qərarlar tənqid hədəfinə alınıb.
Bununla belə, komissiya Rusiyanın Avropa Birliyi ilə vizasız rejimə keçid üçün müəyyən şərtləri yerinə yetirdiyini də vurğulayır.

Rəsmi Brüssel,Rusiyanın şəxsiyyət vəsiqələrini beynəlxalq normalara uyğun hala gətirməsini, qanunsuz miqrantlarla mübarizəni genişləndirməklə miqrasiya sistemini təkminləşdirməsini, terrorizmlə və çirkli pulların yuyulması ilə bağlı mübarizəni genişləndirməsini müsbət hal kimi dəyərləndirib.

Sərhəd məntəqələrində növbələrin olması, insan ticarətinə qarşı effektiv proqramın olmaması, Sərhəd və Miqrasiya xidmətləri arasında qarşılıqlı fəaliyyətin zəifliyi isə tənqid olunub. Hesabat Rusiya daxilindəki proseslərə də geniş yer ayırıb.

Dövlətlə vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizəsinin yetərsizliyi, məhkəmə sistemində mövcud olan qanunsuzluq və QHT-lər haqqında qanunun qəbulu geriyə addım kimi dəyərləndirir.

Avropa komissarları xüsusən, Dövlət Duması tərəfindən qəbul olunan yetkinlik yaşına çatmayanalar arasında homoseksuallığın təbliğinə qadağa qoyan qanununun Avropa Birliyinə Rusiya vətəndaşları üçün viza rejimini ləğv etməsinə əsas əngəl olduğunu qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyi isə hesabatı ilə bağlı öz məyusluğunu bildiriblər. Rusiya XİN-i hesabatın viza rejiminin ləğvinə süni əngəl yaratmaq üçün hazırlandığını deyir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti