Tovmasyana qarşı ittiham elan olunub

Tovmasyana qarşı ittiham elan olunub
  27 Dekabr 2019    Oxunub:2524
Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyana qarşı ittiham irəli sürülüb.
Azvision.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan bildirib.

"Hansı maddə ilə bilmirəm, amma əldə etdiyim məlumata görə, məhkəmə sədrinə ittiham irəli sürülüb”, - deyə Melikyan əlavə edib.

Ermənistan KİV-lərində yayılan məlumata görə, bu gün səhər saatlarında Xüsusi İstintaq Xidmətinin müstəntiqləri Tovmasyanı dindirməyə başlayıblar. Eyni zamanda, məhkəmə binası yaxınlığında Tovmasyana dəstək aksiyası keçirilir.

Xatırladaq ki, dünən Ermənistan prezidenti Armen Sarkisyan “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Müxalifət qüvvələri hesab edir ki, bu qanun hakimlərə rüşvətdir, hansı ki, hakimiyyət sonradan yerləri boşalda və Konstitusiya Məhkəməsinə öz istədiyi adamları təyin edə bilər.

Dəyişikliyə görə, 31 yanvar 2020-ci il tarixinə qədər könüllü istefa verdikdə, məhkəmə üzvlərinə pensiyaların cari əməkhaqqı miqdarında verilməsi təmin olunur.

Qeyd edək ki, Tovmasyana qarşı hücumlar baş nazir Nikol Paşinyanın sifarişi əsasında həyata keçirilir. Hakimiyyət nümayəndələri Tovmasyanın sabiq prezident Koçaryanın işi üzrə məhkəmə iclasında iştirakını qanunsuz hesab edirlər. Onlar bildirirlər ki, Konstitusiya Məhkəməsinin sədri ölkənin üçüncü prezidenti Serj Sarkisyanın partiyasının tərəfdarıdır və siyasi sifarişləri yerinə yetirir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti