Qəzaya uğrayan təyyarədə 4 əcnəbi olub

Qəzaya uğrayan təyyarədə 4 əcnəbi olub
  27 Dekabr 2019    Oxunub:2465
Almatı yaxınlığında qəzaya uğrayan təyyarədə dörd əcnəbi olub.
Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Qəzaya uğrayan “Bek Air” aviaşirkətinə məxsus təyyarədə dörd xarici vətəndaş olub. Onlardan 2-si Ukrayna (Yuri Son Yana Son), biri Qırğızıstan (Maq Klykov) və Çin (Nurlan Maulina) vətəndaşıdır. Həmin şəxslərin vəziyyəti barədə məlumat verilməyib.

Xatırladaq ki, bu gün səhər saatlarında Almatı-Nur-Sultan istiqamətində uçan təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 66 nəfər xəsarət alıb. 28 dekabr ölkədə milli matəm günü elan edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Almatı   Təyyarə   Qəza  





Xəbər lenti