İrəvanda Tovmasyana dəstək aksiyası keçirilir

 İrəvanda Tovmasyana dəstək aksiyası keçirilir
  27 Dekabr 2019    Oxunub:2761
Ermənistan Konstitusiya Məhkəməsi binasının qarşısında məhkəmənin sədri Hrayr Tovmasyana dəstək aksiyası keçirilir.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hüquqşünaslar, keçmiş deputatlar, müxalif siyasətçilər və vətəndaş fəalları binanın qarşısına toplaşıblar. Onlar Tovmasyana qarşı hüquq-mühafizə orqanlarının siyasi təqiblərinə etiraz edirlər.

Qeyd edək ki, bu gün səhər saatlarında Tovmasyan Xüsusi İstintaq Xidmətinin əməkdaşları tərəfindən dindirilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İrəvan   Aksiya   Etiraz  





Xəbər lenti