Moskvada Stalinin 2,5 milyonluq avtomobili oğurlanıb

Moskvada Stalinin 2,5 milyonluq avtomobili oğurlanıb
  28 Dekabr 2019    Oxunub:2714
Rusiyanın paytaxtı Moskvada İosif Stalinə aid olduğu ehtimal edilən ZİS avtomobili oğurlanıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, naməlum şəxslər gecə saatlarında Moskva şəhərinin Novosxodnensk şosesində qarajda saxlanılan avtomobili oğurlayıblar.

Hazırda cinayətkarların axtarışı və saxlanılması istiqamətində tədbirlər görülür. Avtomobilin təxmini qiymətinin 2,5 milyon avro olduğu bildirilir.

Azvision.az


Teqlər: Rusiya   Stalin   Avtomobil  





Xəbər lenti