Təyyarə qəzasında ölən 6 nəfərin cəsədi tapılıb

Təyyarə qəzasında ölən 6 nəfərin cəsədi tapılıb
  28 Dekabr 2019    Oxunub:2345
Havay adalarında təyyarə qəzası nəticəsində həlak olmuş 6 nəfərin cəsədi tapılıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə adanın yanğınsöndürmə xidmətinin rəhbəri Solomon Kanoho məlumat verib.

Daha əvvəl isə göyərtəsində yeddi nəfərin olduğu təyyarənin Havayda yoxa çıxdığı bildirilib. Sərnişinlərdən 2-si uşaqdır. Təyyarə təyin olunmuş vaxtda Kauai adasında Na Pali sahilinə ekskursiyadan qayıtmayıb. Təyyarənin qalıqları Koke bölgəsində tapılıb.

"Təyyarədə yeddi nəfərin olduğunu təsdiqləyirik, amma biz altı cəsəd tapdıq. Sağ qalanın ola biləcəyinə dair heç bir dəlil yoxdur", - məlumatda bildirilib.

Qeyd edilib ki, xilasedicilər hava şəraiti imkan verən kimi, axtarışlarını davam etdirəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Təyyarə   Qəza  





Xəbər lenti