Qəzaya düşən təyyarənin “qara qutusu” Moskvada açılacaq

 Qəzaya düşən təyyarənin “qara qutusu” Moskvada açılacaq
  28 Dekabr 2019    Oxunub:3211
Qazaxıstanda qəzaya uğramış “Bek Air” aviaşirkətinə məxsus təyyarənin “qara qutu”su açılması üçün Dövlətlərarası Aviasiya Komitəsinə veriləcək.

Azvision.az “Kazinform”a istinadən xəbər verir ki, təyyarənin uçuş qeydləri istintaq qrupu tərəfindən götürülüb.

Məlumata görə, bu gün axşam Moskvadan ekspertlər Almatıya gələcək. Sabah isə "qara qutu" açılması üçün Moskvada Dövlətlərarası Aviasiya Komitəsinə təhvil veriləcək.

Xatırladaq ki, dekabrın 27-də Qazaxıstanın Almatı şəhərində baş vermiş təyyarə qəzasında 15 nəfər ölüb, 66 nəfər yaralanıb. Bu gün ölkədə milli matəm elan edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   Təyyarə  





Xəbər lenti