Tovmasyanın həbsinə hazırlıq gedir

Tovmasyanın həbsinə hazırlıq gedir
  28 Dekabr 2019    Oxunub:2866
Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan yaxın günlərdə həbs oluna bilər.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Artıq Tovmasyana “vəzifə səlahiyyətlərindən sui-istifadə, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olma” maddəsi ilə ittiham elan edilib. Bu maddə maksimum altı il həbs cəzası nəzərdə tutur. Konstitusiya Məhkəməsinin sədri isə ətrafında cərəyan edən prosesləri hüquqi deyil, siyasi adlandırıb. O, ifadə verməkdən imtina edib.

Nəşrin məlumatında qeyd olunub ki, Tovmasyan 30 dekabr tarixində Xüsusi İstintaq Xidmətinə getməklə bağlı bildiriş alıb. Bu gün Tovmasyana qarşı seçilmiş qətimkan tədbirinin dəyişdiriləcəyi və məhkəməyə onun həbsi üçün ərizə təqdim edilməsi planlaşdırılır.

Qəzetin yazdığına görə, Ermənistan hakimiyyəti əmindir ki, Tovmasyanın həbsi onlara Konstitusiya Məhkəməsinin qalan üzvlərinə təzyiq göstərməyə və istefaya məcbur etməyə imkan verəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tovmasyan   Ermənistan  





Xəbər lenti