Ermənilərin vəziyyəti düzələsi deyil
Bu həqiqəti sadə ermənilər də etiraf edirlər. Gorusda yaşayan ermənilər artıq gələcəklərinə inamlarını da itiriblər. Gorus sakinləri deyir: "Gözümü açandan bu kasıblığın içindəyəm. Mən bu dünyadan köçəndə nə deyib köçəcəyəm. Nə gördüm, Bədbəxtlik, kasıblıq. İndi də övladlarıma bunu miras qoyub gedəcəyəmm...İnanıram ki başqa heç bir ölkədə bizi kimi yaşamırlar. Qonşular bir-birimizə kömək də edə bilmirik. Deyim ki bir neçə nəfər yoxsuldur? Xeyr bütün kənd, rayon bu vəziyyətdədir".
İrəvan ətrafı rayonların sakinləri də məhvə doğru getdiklərini bildirirlər. Qeyd edək ki, beynəlxalq təşkilatlar Ermənistanda yoxsulluq göstəricisini (33.5%) sadəcə yoxsulluq deyil, ifrat yoxsulluğun göstəricisi adlandırıblar.
AzVison.az