Ölkə üzrə qazlaşma səviyyəsi 96 faizə çatıb
Bakı şəhəri üzrə bu il 1-ci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb. Proqrama 4607 fərdi yaşayış evi daxildir. Həmin massivlərdən 6-da qazlaşdırma işləri tamamlanaraq təbii qaz verilişi həyata keçirilib. Digər massivlərdə işlər 2020-ci ilin ilk rübündə tamamlanacaq. Beləliklə, ölkə üzrə əhali sektorunun qazlaşdırma səviyyəsi 96 faizə çatıb.
Azvision.az
Teqlər: Azəriqaz