Pelleqrini rəsmən istefaya göndərildi

Pelleqrini rəsmən istefaya göndərildi
  29 Dekabr 2019    Oxunub:3563
“Vest Hem” “Lester”lə Premyer Liqanın 20-ci turunun oyunundan (1:2) sonra baş məşqçisi Manuel Pelleqrinini istefaya göndərib.
Azvision.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub 66 yaşlı çilili mütəxəssisə işinə görə təşəkkür edib. Qeyd olunub ki, belə bir qərarın verilməsinə yeni baş məşqçiyə mövsüm ərzində problemləri həll etmək üçün daha geniş zaman verməkdir.

Xatırladaq ki, “Vest Hem” 19 oyundan 19 xalla turnir cədvəlində 17-ci yeri tutur. Komanda son 5 oyundan 4-nü uduzub.

Azvision.az


Teqlər: Vest-Hem   Pelleqrini   İstefa  





Xəbər lenti