Putin Xodorkovskini əfv edəcək

Putin Xodorkovskini əfv edəcək
  19 Dekabr 2013    Oxunub:1120
Putin: “Xodorkovski əfv olunması ilə bağlı müraciət edib və tezliklə əfv olunacaq”.
AzVision.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Putin “Yukos” şirkətinin keçmiş rəhbəri, hazırda həbsdə olan Mixail Xodorkovskini tezliklə əfv edəcəyini bildirib.

“Mixail Borisoviç (Xodorkovski) qanunvericiliyə uyğun olaraq müvafiq sənəd- əfv haqqında məktub yazmalı idi. O isə bunu etmirdi. Lakin yaxın vaxtlarda o bunu etdi və tezliklə onun əfv olunması barədə sərəncam imzalayacam”. Xodorkovskinin cəza müddəti 2014-cü ilin avqustunda bitməli idi.

Lakin Mixail Xodorkovskinin müdafiəsi onun əfv məktubu yazmadığını bildiriblər. “O (Xodorkovski) əfvlə bağlı müraciət etməyib. Biz bu müraciətin kim tərəfindən olunduğunu bilmirik”.

Xatırladaq ki, 2005-ci ildən iqtisadi cinayətlərə görə məhkum olunan Mixail Xodorkovski dövründə Rusiyanın ən zəngin insanlarından sayılırdı.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti