Mikayıl Cabbarovdan bayram XƏBƏRDARLIĞI

Mikayıl Cabbarovdan bayram XƏBƏRDARLIĞI
  19 Dekabr 2013    Oxunub:1424
Təhsil Nazirliyi orta məktəblərdə Yeni il şənliklərinin keçirilməsi üçün qanunsuz pul yığılması ilə bağlı şikayətlərə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, orta məktəblərdə yeni il şənliklərinin təşkili üçün qanunsuz pul yığımı birmənalı şəkildə qadağandır:

“Ümumi təhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması qəti qadağan olunub. Hər hansı bir məktəbdə belə bir halın baş verdiyi sübuta yetirildiyi təqdirdə müvafiq şəxslər barədə ciddi tədbir görüləcək”-deyə nazirlikdən qeyd edilib.

Sevinc İltifatqızı



Teqlər:  



Xəbər lenti