Konqo Demokratik Respublikasının şərqində kustar üsulla hazırlanan bombanın partlaması nəticəsində 5 nəfər ölüb, üç nəfər ağır yaralanıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaqlar kilsənin yaxınlığında naməlum əşya tapıblar. Onlar evə gələndən sonra həmin partlayıcı qurğunu bilmədən sökməyə başlayıblar. Bu zaman partlayış baş verib. Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.