Tayfun nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb

  30 Dekabr 2019    Oxunub : 975
Tayfun nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb
Filippində "Ursula" tayfunu nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl 41 ölü olduğu bildirilirdi. Bundan əlavə, 140 nəfər yaralanıb, 9 nəfər isə itkin düşüb.

Qeyd edək ki, dekabrın 24-də axşam saatlarında “Ursula” tayfunu Filippini vurub. Tayfunun gətirdiyi güclü yağış və fırtına Antik, Mindoro, Palavan, Aklan və Romblon əyalətlərində təxminən iki min evə və 55 məktəbə ziyan vurub, 150 şəhərdə elektrik enerjisi kəsilib. 44 minə yaxın insan təxliyə edilib.

Kalibo Beynəlxalq Hava Limanına ziyan dəysə də, səlahiyyətlilər elektrik enerjisi ilə yanaşı hava xidmətlərini də bərpa etməyə başlayıblar.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Filippin   Tayfun