ABŞ Rusiyanı böyük terror faciəsindən xilas edib

ABŞ Rusiyanı böyük terror faciəsindən xilas edib
  30 Dekabr 2019    Oxunub:1716
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yeni il bayramı günlərində Sankt-Peterburqda silsilə terror aktları hazırlayan iki yerli vətəndaşı saxlayıb.
Azvision.az xəbər verir ki, onlar etirafedici ifadələr veriblər. Saxlanılan şəxslərdən hücumların hazırlanmasını təsdiqləyən dəlillər götürülüb.

Məlum olub ki, onlar terror aktlarını insanların sıx olduğu yerlərdə planlaşdırıblar. FTX-yə hücumların hazırlanması barədə məlumat ABŞ tərəfindən verilib. Rusiya İstintaq Komitəsi "Terrorizm", "Cinayət törətməyə hazırlıq" və "Terror təşkilatlarının fəaliyyətində iştirak" maddələri ilə cinayət işi açıb.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb və həmkarına xüsusi xidmətlər vasitəsilə ötürülən məlumatlara görə təşəkkür edib, bunun sayəsində Sankt-Peterburqda terror aktlarının qarşısı alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Terror   Rusiya  





Xəbər lenti