"LİBRAFF"da media-tur keçirilib
Bayram tədbirində çıxış edən “LIBRAFF” Mağazalar Şəbəkəsinin direktoru, tanınmış aparıcı Cəlalə Nəzəroğlu bayramlar münasibətilə media mənsublarını təbrik etdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı. Əlavə etdi ki, “Libraff” Azərbaycanda yeni bir kitab mədəniyyətinin təkanı oldu. “Bu mədəniyyəti qoruyub sonrakı nəsillərə ötürmək bizim əsas missiyalarımızdan biridir. Daim bzimlə qalmağınızı arzu edərək hər birinizə öz təşəkkürümü bildirirəm. Növbəti ildən “Libraff”mağazalar şəbəkəsinin mətbu orqanı olan jurnalımız nəşrə başlayacaq. “Libraff”ın fəaliyyətində müxtəlif istiqamətli və səpkili kitablar əsas yer tutduğuna görə, oxucularımız jurnalımızda daim Azərbaycan, ingilis və rus dillərində olan bestsellerlər, peşəyönümlü kitablar və təbii olaraq, mağazalarımıza daxil olan yeni kitablar haqqında məlumat əldə edəcəklər”.
Mərasimdə bir sıra mətbu orqanlarının nümayəndələri çıxış edərək, dəvətə və xoş münasibətə görə “LIBRAFF” Mağazalar Şəbəkəsinə minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda “LIBRAFF” adından müxtəlif hədiyyələr, endirim kartları təqdim olundu, belə bir tədbirlərin davamlı olacağı diqqətə çatdırıldı.
Azvision.az