ABŞ səfirimiz: TAP bütün dünya üçün əhəmiyyətlidir

ABŞ səfirimiz: TAP bütün dünya üçün əhəmiyyətlidir
  19 Dekabr 2013    Oxunub:1275
Elin Süleymanov: Trans-Adriatik boru kəməri layihəsi təkcə Avropada deyil, bütün dünyada enerji təhlükəsizliyi üçün yeni imkanlar yaradır.

Trans-Adriatik boru kəməri (TAP) layihəsi təkcə Avropada deyil, bütün dünyada enerji təhlükəsizliyi üçün yeni imkanlar yaradır.
Bu sözləri Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində deyib.

Səfir diqqətə çatdırıb ki, belə layihələrin həyata keçirilməsi qlobal və regional enerji bazarında canlanmaya səbəb olacaqdır və ölkəmiz bu istiqamətdə etibarlı və önəmli tərəfdaşa çevrilməkdədir. Azərbaycan Avropa regionunda həyata keçirilən əsas enerji layihələrinin aparıcı oyunçusudur.

Elin Süleymanov Azərbaycan ilə Avropa və ABŞ arasında bir çox istiqamətlərdə, xüsusi ilə enerji sahəsində əməkdaşlığın vacibliyini vurğulanıb. Səfir qeyd edib ki, bu, strateji tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


Teqlər:  





Xəbər lenti