Cəbhəboyu zonada yeni xidməti mənzillər istifadəyə verilib - VİDEO
Ərazidə abadlıq işləri aparılıb, asfalt döşənib və yaşıllaşdırma sahəsi salınıb. Tədbir iştirakçılarını yeni mənzillərin verilməsi ilə bağlı təbrik edən Müdafiə naziri bildirib ki, hərbi qulluqçuların xidməti-məişət şəraitinin yaxşılaşdırılması ölkəmizin iqtisadi qüdrətinin və Ali Baş Komandanın Azərbaycan Ordusunun şəxsi heyətinə göstərdiyi yüksək diqqət və qayğısının təzahürüdür.
Mənzillər təqdim edilən hərbi qulluqçular bayram günü ailələrinə bəxş edilən sevincə görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.
Azvision.az