Ərdoğan deputatlara danışmağı qadağan etdi
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. AKP-nin bununla bağlı rəsmi açıqlaması olmasa da jurnalistlər deputatlarla əlaqə saxlaya bilmədiklərini deyərək sosail şəbəkələrdə şikayətlənirlər.
Iddialara görə, hakim partiyanın bu addımı atmasına səbəb AKP-nin son günlər rüşvət və korrupsiya ilə bağlı yaşanan qalmaqaldan sonra ölkədə siyasi vəziyyətin daha da gərginləməsinə yol vermək istəmədiyi göstərilir.
Başı rüşvət olayına qarşına hakim partiya rəhbərliyinin mətbuata qadağa qoyması media nümayəndələri tərəfindən etirazla qarşılanır.
Tanınmış türk aparıvı Pelin Batu da AKP-nin millət vəkillərinə danışma qadağası qoyulması xəbərini təsdiq edib. O tvitter səhifəsində ailə və sosial siyasət naziri Fatma Şahinlə planlaşdırılan verilişinin bu səbəbdən təxirə salındığını qeyd edib.
Baş nazirin müavini Bəkir Bozdağ da bu gün jurnalistlərə verdiyi açıqlamada ölkədəki rüşvət olayı ilə bağlı xəbərlərin mətbuata sızdırılmasının cinayət olduğunu deyərək bu məlumatları yayan insanların məsuliyyət cəlb olunacağını vurğulayıb.
Anar RÜSTƏMOV