Azərbaycandan Türkiyəyə turist axını artıb

   Azərbaycandan Türkiyəyə turist axını artıb
  01 Yanvar 2020    Oxunub:2755
2019-cu ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 61,950 min turist səfər edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,78 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Məlumata əsasən, bu dövr ərzində Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarına düşən payı 2,89 faiz təşkil edib.

Qeyd edilib ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 842,057 min turist səfər edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,89 faiz çoxdur.

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarının payı 1,96 faiz təşkil edib.

Azvision.az



Teqlər: Türkiyə   Turist  





Xəbər lenti